Ceki Çan koronovirusa yoluxması xəbərini təkzib edib

Aktyor bu günlərdə açıqlamasında koronavirusa qarşı təsirli peyvənd kəşf edən həkimə 1 milyon Çin yuanı (197 min ABŞ dolları) mükafat verəcəyini elan etmişdi.

Foto: “onedio.com”


Honq Konq səlahiyyətliləri də yayılan xəbərlərin doğru olmadığını deyib

Dünya şöhrətli aktyor

Ceki Çan

koronovirus qripinə yoluxması və karantin altına alınması ilə bağlı yayılan xəbəri təkzib edib.

65 yaşlı aktyorun bir müddət öncə dəvət aldığı tədbirdə koronovirusa yoluxduğu iddia olunub.

Honq Konqun səlahiyyətli şəxsləri bu xəbərlərlə bağlı açıqlama verərək, Ceki Çanın koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Aktyor bu günlərdə açıqlamasında koronavirusa qarşı təsirli peyvənd kəşf edən həkimə 1 milyon Çin yuanı (197 min ABŞ dolları) mükafat verəcəyini elan etmişdi.

Ana səhifəMədəniyyətCeki Çan koronovirusa yoluxması xəbərini təkzib edib