Source: Meydan TV

“Camaat Ayda su axtarır, biz də burada...”

“Camaat Ayda su axtarır, biz də burada...”

“Su təmizlik deməkdir. Elə bir zəmanədə yaşayırıq camaat Aya uçur, Ayda su axtarır, amma biz burada qapı-qapı düşüb oradan-buradan su gətiririk”.

Bu sözləri 20 ildir evinə su gəlməyən Ümid Mirzəyev deyir.

Maştağa qəsəbəsinin Daş Karxanası deyilən ərazisində yaşayan 2000 nəfər susuzluqdan əziyyət çəkir.

Burada hər evin üstündə su çəni var.  Sakinlər suyu pulla alırlar.

Ərazidəki sakinlər həm də yolsuzluqdan əziyyət çəkirlər. Yağış yağan kimi yollar palçıqdan keçilməz olur.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, 2020-ci ildə ərazidə su problemi həll olunacaq. O bildirib ki, kanalizasiya xəttinin çəkilməsi növbəti mərhələyə saxlanılıb. Bunun nə vaxt baş verəcəyi hələ bilinmir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, Bakı şəhəri üzrə 60 qəsəbədə 2300 km yolun təmirə ehtiyacı var. Bununla bağlı tədbirlər planı hazırlanıb. O deyib ki, 2023-cü il daxil olmaqla qəsəbə daxilində heç bir palçıqlı yol qalmayacaq, hamısı təmir olunacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/y6x054

Most Viewed