Aleksey Navalnı

Source: Reuters

Caption: Aleksey Navalnı

“Bundan sonrakı aclıq ölümə gətirib çıxara bilər”

Article was updated on :  23 April 2021

Navalnının həkimləri siyasətçini aclığı dayandırmağa çağırıb

Məqalə "Novaya qazeta" saytında da dərc olunub

Aleksandr Navalnının həkimləri siyasətçidən aclığı dayandırmasını xahiş edib.

O, 23 gündür aclıq edərək, həbsxanaya müstəqil həkimlərin buraxılmasını tələb edir. “Mediazona” müraciətin tam mətnini dərc edib. Həkimlərin dediyinə görə, onlar siyasətçinin yanına düşmək üçün “maksimal sayda cəhd” ediblər. Tibb mütəxəssisləri ehtimal edirlər ki, Navalnının tələbi “tezliklə, onun həyat və sağlamlığı üçün zəruri olan vaxtda” yerinə yetirilməyəcək.

“Biz, Navalnının müalicə həkimləri kimi ona müraciət edərək, həyat və sağlamlığını təhlükə altına atmaması üçün aclığı dərhal dayandırmasını xahiş edirik”, – mətndə deyilir. Tibb mütəxəssisləri Navalnının yanına buraxılmalarını və siyasətçinin Moskvadakı çoxsahəli stasionara keçirilməsini israr edirlər. Onların sözlərinə görə, siyasətçinin vəziyyətinin ağırlığı nəzərə alınmaqla, xəstə yalnız bu cür düzgün müalicə oluna bilər. “Bundan sonrakı aclıq A.A.Navalnının sağlamlğına böyük zərər vura və ən acı nəticəyə – ölümə gətirib çıxara bilər”, – həkimlər qeyd edir.

Onlar həmçinin xəbər verirlər ki, böyrək çatışmazlığı, ağır nevroloji simptomatika, ağır hiponatriemiya nəzərə alınmaqla, siyasətçi komaya düşə bilər. Həkimlərin təsdiqlədiyinə görə, “aclıq hətta minimum müddət davam edərsə, təəssüf ki, tezliklə sadəcə müalicə obyekti olmayacaq”.

Tələbə terapevt Yaroslav Aşixmin, anestezioloq-reanimatoloq Aleksey Erlix, neyrocərrah Vsevolod Şurxay, nevroloq Andrey Plotnikov, oftalmoloq və ümumi profilli həkim Anastasiya Vasilyeva qol çəkib. Siyasətçi martın 31-dən aclıq edir. O, bununla müstəqil həkimlərin yanına buraxılmasına nail olmaq istəyir: belə ki, belində və ayaqlarında güclü ağrılar başlayıb, lakin keyfiyyətli müalicə almayıb. Bir neçə gün əvvəl siyasətçinin həkimləri xəbər veriblər ki, qan analizinin nəticələri onun sağlamlığının kritik halda olduğunu söyləyir.

BBC-nin Rusiya xidməti aydınlaşdırıb ki, Navalnının yerləşdiyi həbsxana xəstəxanasında tibbi mütəxəssislər və heyət qıtlığı ehtimal olunur: stasionara xəstəxananın rəis müavini, tibb məntəqəsinin rəisi və cərrahiyyə, psixiatriya şöbələrinin müdiri tələb olunur, terapiya və vərəm şöbələrində isə prosedur tibb bacıları çatışmır.

“Mühüm xəbərlər”in 3 nömrəli cəzaçəkmə müəssisəsində olan jurnalisti Yekaterina Arenina Vladimirsk FHİX idarəsinin əməkdaşları haqda araşdırma dərc edib. Bu araşdırmaya görə, məhbuslara işgəncə verən və öldürən əməkdaşların müntəzəm olaraq rütbələri və vəzifələri yüksəlir.

RF-da insan hüquqları üzrə müvəkkil Tatyana Moskalkova söyləyib ki, Navalnının kolonda tibbi təminatı saxlanma şəraiti “beynəlxalq standartlara uyğundur”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  23 April 2021
Featured in:  
Shortlink:   http://mtv.re/qpjn9u

Most Viewed