Bu il ən çox vəsait tikinti-quraşdırma işlərinə yönəldilib

Xarici sərmayələr bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb

Source: meydan tv


Xarici sərmayələr bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb

2019-cu ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8627.2 milyon manat vəsait yönəldilib.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Bildirilir ki, bu, əvvəl açıqlanan 8953.6 milyon manatla müqayisədə azdır.

DSK qeyd edib ki, hazırkı hesabat dövründə sərf edilmiş vəsaitin 66.7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin payına düşüb:

“Ümumi sərmayənin 64.3 faizi məhsul istehsalı, 26 faizi xidmət, 9.7 faizi isə yaşayış evlərinin tikintisi sahəsinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70.7 faizini təşkil edib”.

DSK-nın məlumatına görə, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində bank kreditləri cəmi 7.8 faiz olub. Qalan hissə müəssisələrin, əhalinin və büdcənin payına düşüb.

Azərbaycana xaricdən kapital qoyuluşunda da azalma var. Ötən ilin eyni dövründə daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59.4 faizini təşkil etmişdi.

DSK-nın ilin ilk 3 ayı ilə bağlı açıqladığı rəqəmlərdə də ilin ilk 3 ayı ərzində Azərbaycana yatırılan xarici sərmayələrin həcminin azaldığı bildirilirdi.

2018-ci ildə 816 milyon dollar olan yatırım 2019-cu ildə 519 milyon dollar olub. Yəni, xarici sərmayələr bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb.

Ancaq Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşmasından, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılmasından danışıb. O bildirib ki, Azərbaycana xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin artıb. Çinin iri şirkətləri də Azərbaycana sərmayə qoymaq üçün böyük maraq göstərirlər.

İqtisadçı Nemət Əliyev də Meydan TV-yə bildirmişdi ki, xarici sərmayələrin son 5 illik dinamikası əcnəbi investorların Azərbaycana sərmayə qoyuluşunu bir qayda olaraq azaltmaqda davam etdiyini göstərir:

22015-ci ilin yanvar-mart dövründə ölkəmizə 1,6 milyard dollar sərmayə yatıran xarici investorlar bu göstəricini 2016-cı ildə 1,243 milyard dollara, 2017-ci ildə 1,177 milyard dollara, 2018-ci ildə 816 milyon dollara və nəhayət, 2019-cu ildə 519 milyon dollara qədər azaldıb. Göründüyü kimi, xarici investorlar son 4 ildə Azərbaycana sərmayələri 68 faiz azaldıb”.

Ana səhifəXəbərlərBu il ən çox vəsait tikinti-quraşdırma işlərinə yönəldilib