AXCP

Source: Meydan TV

Caption: AXCP

Bu gün də iki AXCP üzvü saxlanılıb

İki fəal cinayət məsuliyyətinə cəlb olunub

Qarabağa və Milli Orduya dəstək yürüşünə görə həbs olunan cəbhəçilərin sayı yenə artıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı – partiyanın Qaradağ şöbəsinin sədri Elnur Cabbarov və Abşeron şöbəsinin üzvü Müşfiq Quliyev də Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Bu iş üzrə həbs olunan digər cəbhəçilər kimi, onlara qarşı da Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Hər birinin barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Prokurorluğun təqdimatı əsasında Elnur Cabbarov haqqında həbs qərarını hakim Solmaz Mustafayeva, Müşfiq Quliyev haqqında qərarı isə hakim Ramin Xəlilov verib.

Onların hər ikisi iyulun 30-da saxlanmışdılar.

İyulun 28-də və 30-da saxlanılan, taleyi haqqında heç bir məlumat olmayan daha 5 nəfər AXCP fəalı haqqında da qərarlar məlum olub. Bunlar Babək Muradov, Feyruz Rəhimov, Elnur Quliyev, Yaşar Kərimov və Emin Fərhadovdur. Məlum olub ki, adları çəkilən şəxslərdən F.Rəhimov istisna olmaqla, digərlərinə 30 sutka inzibati həbs cəzası verilib. F.Rəhimovun cəzası isə 15 sutka olub. Onlar İnzibati Xətalat Məcəlləsinin 211-ci (karantin rejimi qaydalarını pozma) maddəsilə təqsirli bilinib.

AXCP-dən Meydan TV-yə bildirilib ki, iyulun 15-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin Xalq Cəbhəsi haqqında nifrət nitqindən sonra partiyanın 45 üzvü saxlanılıb. Onlardan 18 nəfərə qarşı cinayət işi başlanıb, biri istisna olmaqla, digərləri haqqında həbs-qətimkan tədbiri seçilib. Daha 17 nəfər haqqında inzibati qaydada 30 sutkalıq həbs qərarı verilib. 10 nəfər sərbəst buraxılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/qdck7v

Most Viewed