İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib - 15 oktyabr 2019

Source: Prezident.az

Caption: İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib - 15 oktyabr 2019

Bir yolun yolçuları

Oktyabrın 15-də prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. 15 oktyabr həm də tarixdə 2003-cü ildə İlham Əliyevin prezident seçildiyi və seçkinin nəticələrinə Azadlıq meydanında etiraz edənlərə divan tutulduğu gün kimi qalıb. Oktyabrın 15-i Bakıda həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. 15 oktyabr tədbirlər baxımından zəngin gün olub. Yəni dövlət rəsmilərinin başlıca işi iclaslar, türk dövlətlərindən gələnlərin qayğısına qalmaq, ziyafət, konsert proqramı, qonaqların yola salınması və s. olub.

Prezidentin müşavirəsi

Prezidentin müşavirəsi

Source: Prezident.az

Maraqlıdır ki, tədbirlərlə zəngin olan belə bir gündə İlham Əliyev 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirməyə də macal tapıb. Tədbirdən çox xəsis informasiya verilib, istər “president.az”, istərsə də “azertag.az” saytında bu müşavirə ilə bağlı çox yığcam xəbərlə yetərləniblər. Oktyabrın 16-da AzTV səhər saat 10 və 12 buraxılışlarında müşavirə ilə bağlı heç bir xəbər verməyib. Yalnız oktyabrın 16-da telekanallar axşam xəbərlərində müşavirə ilə bağlı informasiya yayıb. AzərTAc geniş informasiyanı saytına oktyabrın 16-da saat 21.00-da yerləşdirib.

“Müşavirədə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib.

Müzakirələrdə Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev, Vergilər naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış ediblər”.

Son müşavirəni diqqətçəkən edən həm də iştirakçıların azlığıdır. Bu ilə qədər ilin 6 və 9 ayının yekunları ilə bağlı ya Nazirlər Kabinetində, ya da prezident yanında keçirilən sosial-iqtisadi müşavirələrin hamısında hökumət üzvləri, demək olar, tam tərkibdə iştirak edib. 15 oktyabrda isə bütün yığıncaqlarda ön sırada oturan Ramiz Mehdiyev, Ramil Usubov, Zakir Qaralov, Kəmaləddin Heydərov, Elçin Quliyev, Fikrət Məmmədov, Zakir Həsənov, Əli Əhmədov... prezidentin köməkçisi Əli Həsənov belə müşavirədə yox idi. Bundan qabaqkı iclaslarda iştirak etməyən I vitse-prezident Mehriban Əliyeva bu dəfə Ramiz Mehdiyevin yerində oturmuşdu.

Bəs niyə 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri həmişə görməyə alışdığımız adamlarsız müzakirə edilib? Yoxsa onların etimad limiti tükənib?

Prezidentin müşavirəsi

Prezidentin müşavirəsi

Source: Prezident.az

Əslində, İlham Əliyevin çox gecikmiş çıxışında bunun mesajı da vardı: İslahatlara iqtidar daxilində bəzi məmurlar mane olur. Onlar hər vəchlə işimzə mane olur, kadrları mətbuatda qaralayırlar. Hökumətin bir üzvü digərini şantaj edir, ləkələyir. Bu, dözülməz vəziyyətdir. Əgər kimsə hesab edirsə bununla barışmalıyıq, səhv edir. İslahatların alternativi yoxdur. Kim qarşı çıxır, altdan-altdan işə mane olur, bu adamlarla bir yolun yolçusu ola bilmərik. Hər kəs sözümüzü eşitsin. Çöx güclü siyasi iradə ortaya qoyulub. Şəffaflıq siyasətimizi bayraq etməkdə heç kim bizə mane ola bilməz”.

Bu sitatdan anlaşılan və etiraf olunan odur ki, AzTV-lərdə danışılanlar nağıldır, ölkədə islahat adına heç nə yoxdur. Bu müşavirədən sonra ona start veriləcək. İlham Əliyev də aparmaq istədiyi islahatlara mane olan məmurları dəqiq tanıyır, onların kimliyini bilir, elə bu səbəbdən də həmin məmurlarla ilin 9 ayının yekunlarını və 2020-ci il planlarını müzakirə etmək istəmir. Məntiqlidir, islahatlara mane olan adamları (məmurları) görüləcək işlərlə bağlı qabaqcadan məlumatlandırmaq işin ziyanınadır. Kimlərsə yenə şantaj, qaralama, altdan-altdan işə mane olmaq yolu tuta bilər. Ona görə uzun illərdir birgə addımladığı adamlarla “bir yolun yolçusu” olmamağa qərar verib.

8 oktyabrın qəhrəmanı Pərvanə xanımın sözü olmasın, indi bir 30 il də gözləyək?!

Son illər keçirilən müşavirələr o adamlarsız olmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/6hntiw

Most Viewed