Source: Meydan Tv

Bir qrup məhbusun aclıq aksiyası keçirdiyi bildirilir

Səbəb cəzaçəkmə müəssisəsi rəhbərliyinin qoyduğu qadağadır

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəsissəsində rəis heyətinin məhkumları cəzalandırmaq məqsədi ilə poçt göndərişlərini dayandırdığı bildirilir.

Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatı məlumat yayıb.

Təşkilat bildirir ki, buna etiraz edən bir qrup məhbus mayın 11-dən, yəni bu gündən aclıq aksiyasına başlayıb.

“Aclıq aksiyasına başlayan məhkumlardan Bəhruz Rafiq oğlu Məmmədlinin adını öyrənə bilmişik. Digərlərinin adını hələlik, dəqiqləşdirmək mümkün olmayıb", - hüquq müdafiə təşkilatının yaydığı məlumatda deyilir.

Müdafiə Xətti Təşkilatı Penitensiar Xidmətin rəhbrəliyini məhbusları dinləyib problemlərini aradan qaldırmağa çağırır.

Təşkilatı bildirir ki, bir neçə gün öncə 6 saylı cəzaçəkmə müəssisəsində 10 məhbus müəssisə rəhbərliyinin iş fəaliyyətinə, cəza-icra siyasətinə etiraz rəmzi olaraq intihara cəhd edərək özlərinə xəsarət yetirib, damarlarını doğrayıb.

"Məhbuslara ilkin tibbi yardım etmək əvəzinə onları cərimə təcridxanasına salıb, əlavə işgəncə tətbiq ediblər", - Müdafiə Xətti bildirir.

Hələlik Penitensiar Xidmətdən bu məlumatla bağlı şərh almaq mümkün olmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/owzyw1

Most Viewed