Bir qrup ermənistanlı jurnalistin Bakıya səfəri planlaşdırılır

Eyni zamanda, azərbaycanlı jurnalistlərin də Ermənistana cavab səfərinə gedəcəyi qeyd olunub.

Source:


Azərbaycanlı jurnalistlərin də Ermənistana səfəri nəzərdə tutulub

Noyabrın 17-də Ermənistanın bir qrup jurnalisti Bakıya gələcək. Səfər qarşılıqlı etimad çərçivəsində baş tutacaq.

“Turan” məlumatı Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbirində alıb.

Agentlik yazıb ki, Ermənistandan olan jurnalistlər bəzi dövlət qurumlarına baş çəkəcəklər və ekspertlərlə görüşəcəklər. Jurnalistlər arasında səfər mübadiləsi qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub. Bundan əlavə, həmin tədbirlər çərçivəsində hərbi əsirlərin və həlak olanların cəsədlərinin qarşılıqlı təhvil verilməsi barədə razılaşma da olub.

Eyni zamanda, azərbaycanlı jurnalistlərin də Ermənistana cavab səfərinə gedəcəyi qeyd olunub.

Ana səhifəSiyasətBir qrup ermənistanlı jurnalistin Bakıya səfəri planlaşdırılır