Source: Meydan TV

"Bir qığılcım olsa, 3 saniyəyə bu bina yanar"

"Bir qığılcım olsa, 3 saniyəyə bu bina yanar"

Badamdarda yerləşən "Gəmi təmiri" yataqxanasının sakinləri şəraitsizlikdən şikayətçidir. Onlar 27 ildir məskunlaşdıqları yerin artıq yaşayış üçün uyğun olmadığını deyirlər. Sakinlərdən biri - Nüşabə Rəhimova deyir ki, vəziyyətə görə, onların yuxusu ərşə çəkilib. 2 mərtəbəli taxta yataqxanada yaşayanlar daha çox qısaqapanmadan narahatdırlar. Sakinlər artıq dövlət qurumlarından da əllərini üzüblər.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən Meydan TV-yə məsələ ilə bağlı verilən açıqlama isə belə oldu:

"Səbail rayonu, Badamdar qəsəbəsi Nurəddin Paşayev 47 ünvanında yerləşən keçmiş “Gəmi təmiri” yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin vəziyyəti ilə Dövlət Komitəsinin rəhbərliyi və Səbail rayonu üzrə nümayəndəliyi maraqlanır. Məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verilən zaman qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə mərhələli şəkildə baxıla bilər".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/76bpxb

Most Viewed