Xədicə İsmayıl

Source: Foto: arxiv

Caption: Xədicə İsmayıl

Beynəlxalq təşkilatlar Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırmağa çağırıblar

“Xədicə İsmayıl Londonda məhkəmədə əsas şahiddir”

“Senzura indeksi”, “Sərhədsiz reportyorlar” və “Transparency International” təşkilatları yanvarın 15-də Azərbaycan hakimiyyətini beynəlxalq mükafatlara layiq görülmüş araşdırmaçı- jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanı ləğv etməyə çağırıb.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, vəkillər onun rumıniyalı jurnalist Pol Radunun - OCCRP (Mütəşəkkil Cinayətlər və Korrupsiya Hesabatı Layihəsi) istintaq qrupunun həmtəsisçisi və icraçı direktorunun məhkəməsində ifadə vermək üçün Böyük Briyaniyaya səfərinə icazə verilməsini istəyirlər.

“Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyev OCCRP-in iki məqaləsinə - Azərbaycandan pulların yuyulmasına dair “Azərbaycan çamaşırxanası” məqaləsinə görə Londonda Raduya qarşı böhtanla bağlı iddia irəli sürüb.

OCCRP-in Azərbaycandakı aparıcı reportyoru X.İsmayıl bu iş üzrə əsas şahiddir”, - agentlik yazıb.

Pol Radunun işi üzrə məhkəmə yanvarın 20-də başlayacaq.

“Senzura indeksi” təşkilatının icraçı direktoru Jodi Qinsberq bildirib ki, Azərbaycan Xədicə İsmayılovanı cəzalandırmaq və onun reportajlarının yayılmasının qarşısını almaq üçün onun səyahət etməsini əngəlləyir.

“Sərhədsiz Reportyorlar”ın Brtitaniya bürosunun direktoru Rebekka Vinsentin sözlərinə görə, bu qadağa Xədicə İsmayılın cəsarətli jurnalist araşdırmalarına görə Azərbaycan hakimiyyəti tərəfindən çoxdan təqib edilməsinə bir çox nümunələrdən biridir və o, hazırda Azərbaycanda təzyiqlərə məruz qalan onlarla jurnalist və fəaldan biridir.

“Qadağa dərhal ləğv edilməli, ona bəraət verilməli və digər araşdırmaçı- jurnalistə qarşı iş üzrə ifadə vermək üçün ölkədən çıxışına icazə verilməlidir”, - Rebekka Vinsent deyib.

Böyük Britaniya Transparency International təşkilatının icraçı direktoru Deniel Bryus deyib ki, Xədicə İsmayılovanın və onun həmkarlarının məlumatları sayəsində azərbaycanlılardan oğurlanan pulların Londonda dəbdəbəli daşınmaz əmlaka necə çevrilməsindən xəbər tuturuq.

“Ona ifadə verməyi qadağan etmək həqiqəti üzə çıxarmağa cəsarət edənləri qorxutmaq və susdurmağa açıq cəhddir. Böyük Britaniya hökuməti söz azadlığının və qanunun aliliyinin müdafiəçisi kimi böhtanla bağlı bu vacib məsələdə onun sübutlar təqdim etməsi üçün Böyük Britaniyaya sərbəst şəkildə gəlməsinə şərait yaradılmasına çağırmalıdır”, - Deniel Bryus deyib.

X.İsmayıl 2014-cü ilin dekabrında saxlanılıb və 2015-ci ilin sentyabrında yeddi il yarım müddətə azadlıqdan məhrum edilib. 2016-cı ilin mayında şərti olaraq azadlığa buraxılıb, lakin üç il yarımdan sonra onun ölkədən getməsinə qadağa hələ də qalır.

2017-ci ildə X.İsmayılın Azərbaycandakı reportajına görə layiq görüldüyü alternativ Nobel mükafatını – “Düzgün həyat tərzi” mükafatını almaq üçün ölkədən çıxa bilməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/haabqn

Most Viewed