Source: Meydan TV

Beynəlxalq Avtovağzalın işçiləri əmək haqqı tələb edir

Beynəlxalq Avtovağzalın işçiləri əmək haqqı tələb edir

Avqustun 18-də Beynəxalq Avtovağzal Kompleksinin işçiləri maaşlarını ala bilmədikləri üçün etiraz ediblər. İşçilər deyir ki, mart ayından etibarən əmək haqlarını ala bilmirlər.

Vağzalın işçilərindən biri, Anar Dəmirovum sözlərinə görə, 5 aydır evdən çıxmır:

“Şəxsən mən özüm kirayədə qalıram. 5 aydır evin pulunu verə bilmirəm. Uşağım xəstədir, müalicəsinə görə mənim 500 manat xərcim çıxır. Mən haradan almalıyam? 190 manat da bizə düşmür. İş yoxdur, mən harada işləməliyəm? Nə etməliyəm? Ev yiyəsi məni evdən çıxarır”.

Mürvət Müseyibov isə bildirib ki, dövlət onlara yardım göstərməlidir:

“Əksəriyyətimizin evində işləyən bir nəfərdir. Təsəvvür edin ki, ailə bir nəfərdən asılıdır. Biz də həmin pulu ala bilmədiyimizə görə ailədə vəziyyət çox pisdir. Bir yandan bankların kreditləri, bir yandan da gündəlik tələbat xərcləri”.

Avtovağzalın İnsan resurlarının idarə edilməsi və sənədlərlə iş şöbə müdiri Gorus Cəfərov etiraza öz münasibətini bildirib.

O deyib ki, pandemiya ilə əlaqədar MMC-nin fəaliyyəti  dayanıb. Onlar mart ayının ödənişini aprel və may ayında iki hissədə veriblər. Əlavə yardım üçün isə dövlətə müraciət ediblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ghdvcn

Most Viewed