Bəxtiyar Hacıyev intihara cəhd etdi, polis bölməsinə aparıldı

Bəxtiyar Hacıyev Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsində izahat verdiyini bildirib

Bəxtiyar Hacıyevin şəxsi arxivindən


“Mən hüquqi müstəvinin tükəndiyini düşünüb bu addımı atdım"

Siyasi fəal Bəxtiyar Hacıyev oktyabrın 18-də Prezident Administrasiyasının qarşısında intihara cəhd edib. Ancaq Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları onu saxlayaraq polisə təhvil veriblər.

Bu barədə Bəxtiyar Hacıyev Meydan TV-yə danışıb.

İctimai fəal deyib ki, hakimiyyətin ona qarşı etdiyi mənəvi terrora və buna görə hüquq-mühafizə orqanlarına müraciətlərinə baxılmamasına, əksinə, bu hərəkəti edənləri himayə etdiklərinə görə özünü yandırmaq istəyib:

"Mən hüquqi müstəvinin tükəndiyini düşünüb bu addımı atdım".

Bəxtiyar Hacıyev Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsində izahat verdiyini bildirib:

"Həmin rayonun prokurorluğunun müstəntiqi məndən izahat aldı və şikayətlərimin araşdıracağını, sadəcə, bir neçə gün səbr etməyini istədi. Ondan sonra sərbəst buraxdılar".

Bəxtiyar Hacıyevin sözlərinə görə, ona qarşı əvvəlki münasibət dəyişməyəcəksə, bugünkü adımları yenə atacaq:

"Çünki hüquq yolu tükənibsə, ya cinayətə əl atmalısan, ya terror, yaxud özünə qəsd etməlisən. Ən az zərərli olanı özümə qəsd olduğundan bu addımı atdım".

Bəxtiyar Hacıyev oktyabrın 7-də polis tərəfindən fiziki təzyiqə məruz qaldığını

bildirib

. O, qarşılaşdığı vəziyyətlə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il azadlıqdan məhrum olunub. Bir il sonra Bəxtiyar Hacıyev Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev intihara cəhd etdi, polis bölməsinə aparıldı