İlham Əliyev

Source: prezident.az

Caption: İlham Əliyev

Bəxtiyar Hacıyev: Ermənistanda Azərbaycan xalqını ələ salırlar

Article was updated on :  16 July 2020

Pənah Hüseyn: “Dövlət başçısının söylədikləri çox ciddi məyusluğa səbəb oldu”

Prezident İlham Əliyevin iyulun 15-də səfərbərliklə bağlı səsləndirdiyi fikirlər daxili və xarici, əsasən də Ermənistan sosial mediasında müzakirə predmetinə çevrilib.

Prezident Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışdığını xatırladaraq mövcud vəziyyətlə maraqlandığını deyib:

“Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər Xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur”.

“Həmin fikirlər açıqlanmamalıydı”

Sabiq Baş nazir Pənah Hüseyn ölkə başçısının dediklərini məyusluqla qarşılayıb.

Pənah Hüseyn Meydan TV-nin bu barədə sorğusuna cavab verib ki, hazırkı hərbi-siyasi durum baxımından həmin fikirlər açıqlanmamalıydı:

“Hazırda cəbhədə durum elədir ki, düşündüklərimizin hamısını KİV-də bütün açıqlığı ilə ifadə etməyi məqsədəuyğun saymırıq. Amma dövlət başçısının iyulun 15-də söylədikləri çox ciddi məyusluğa səbəb oldu. Çünki yüzminlərlə insanın sosial şəbəkələrdən, KİV-dən, yürüşlərdən, meydanlardan “Biz Qarabağ uğrunda savaşmağa, ölməyə hazırıq” söylədiklərini görməzlikdən gəlib və bunu Səfərbərlik Xidmətinə yazılı şəkildə verilən ərizələri xatırlatmaq doğru yanaşma deyil. Azərbaycan dövlətinin başında dayanan şəxsdən belə bir açıqlama verilməsi və təhlilin aparılması yolverilməzdir”.

Pənah Hüseyn

Pənah Hüseyn

Source: Meydan TV

Pənah Hüseyn bildirib ki, dövlətin görəvi indiki vəziyyətdə insanların hissini, həyacanını real istiqamətə çevirmək və təşkil etməkdir:

“İnsanların qeyrət və namus hisslərindən doğan addımları real istiqamətə yönəltmək lazımdır, yoxsa 150 yazılı ərizə söhhətini xatırlatmaq heç cür başadüşülən deyil. Həm də doğru və indiki vəziyyətə uyğun deyil. Əslində, Azərbaycan xalqı son günlərdə bütün dünyaya göstərdi ki, Qarabağ və ərazi bütövlüyümüz uyğunda hər şeyə hazırdır. Bu məsələdə vahid mövqe var”.

“150 nəfər məsələsi ciddi xətadır”

Hüquqşünas Ələsgər Məmmədli prezidentin çıxışına “Facebook” səhifəsində münasibətini sərgiləyib.

Ölkə başçısının açıqlamasından təəssüflənən hüquqşünas “150” nəfər məsələsi ciddi xətadır” deyə bildirib:

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Source: arxiv

“Azərbaycanda orduya könüllü yazılmaqla bağlı heç bir rəsmi çağırış və prosedur yoxdur. İkinci, hərbi səfərbərlik elan edilməyib. Rəsmi çağırış COVİD-19-la mübarizəyə görə “evdə qal”dır. Ölkə əhalisinin 80 faizinin yaşadığı yerlərdə sərt karantin qaydaları tətbiq olunur və evdən çıxma üçün məhdud səbəblər müəyyən edilib. Könüllülük üçün Səfərbərlik yerlərinə getmək burada yoxdur. “Evdə qal” tələbinə görə “online” müraciət forması cəmiyyətə təqdim edilməyib”.

Ələsgər Məmmədli bildirib ki, belə olan halda xalqı qorxaq kimi təqdim etmək, düşmənə “saqqız” verməkdir:

“Çox təəssüf!”.

“Müxalif media bunu yaysaydı “ura-patriotlar” dünyanı dağıdardılar”

İctimai fəal Bəxtiyar Hacıyev 15 iyul müşavirəsi barədə “Facebook” səhifəsində münasibət bildirib:

“Generalı şəhid olmuş ölkənin Ali Baş Komandanı deyir ki, döyüşmək üçün cəmi 150 nəfər müraciət edib. Ermənistan saytları və səhifələri paylaşıb, ələ salırlar. Təkcə bu sözü deyəni yox, Azərbaycan xalqını da ələ salırlar ki, 10 milyonluq ölkədə 150 nəfər müraciət edib. Bunu fakt kimi hansısa müxalif media, tutaq ki, MeydanTV hansısa sıradan bir reportajda, hansısa sıradan bir gəncin adından yaysaydı və Ermənistan KİV-ləri ələ salsaydı, ura-patriotlar indi dünyanı dağıdardılar ki, siz ermənilərə pas ötürürsünüz. Ancaq bunu Azərbaycan prezidenti, Ali Baş Komandanı nazirlərlə çıxışında deyir, dövlət kanalı yayır, hökumət KİVləri yayır, ermənilər də istifadə edib, lağa qoyurlar”.

Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev

Source: Facebook

Bəxtiyar Hacıyev hakimiyyətə xitabən sual edib ki, Prezident Administrasiyasında bir normal kommunikasiya mütəxəssisi yoxdur ki, ya ölkə başçısının çıxışı əvvəlcədən müzakirə etsin, ya da hər dediyini efirə, KİV-ə verməsin?

“İlham Əliyev bilməyərəkdən hərbi sirrə aid qanunu pozub”

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri, hərbi ekspert Cəsur Məmmədov hesab edir ki, Prezientin məlum açıqlaması dövlət sirri haqqında qanunun hərbi sirrə aid maddələrinin açıq-aşkar pozulmasıdır.

Bu barədə Meydan TV-yə danışan Cəsur Məmmədov qanundan misal çəkib:

“Qanunda aşkar deyilir: Hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:

5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Eyni zamanda, “Dövlət sirri haqqında” Qanuna əsasən, dövlət sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatların da kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağandır”.

Cəsur Məmmədov

Cəsur Məmmədov

Source: Facebook

Cəsur Məmmədovun sözlərinə görə, çox böyük ehtimalla İlham Əliyev bilməyərəkdən qanunu pozub:

“Çıxışı zamanı sözünə haqq qazandırmaq üçün hərbi sirr xarakterli məlumatları bu şəkildə açıqlamaq yolverilməzdir. Belə məlumatların açıqlanması ölkənin milli təhlükəsizliyinə iki tərəfdən ziyan vurur: birincisi, ölkədə milli vətənpərvərlik hissinə ciddi ziyan dəyir. Yəni insanlar görür ki, əslində gerçəklikdə döyüşə getmək istəyənlər çox azdır. Belə fikir həmişə var idi, amma şayiə şəklində idi. İndi İlham Əliyev rəsmi şəkildə bunu təsdiqlədi. İkincisi, düşmən tərəfi Azərbaycanda xalqın ümumilikdə müharibəyə psixoloji baxımdan necə hazır olması barədə ilk əldən məlumat əldə edir. Düşünürəm ki, Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidmətinin rəhbəri bu məlumatı İlham Əliyevə verməklə düşünməyib ki, Əliyev onu belə şəkildə açıqlayacaq. Bütün hallarda biabırçılıqdır və Xidmətin bu gün açıqladığı məlumat dünənki biabırçılığı ört-basdır etməyəcək...”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/bpcqaj

Most Viewed