Seymur Həzi

Source: Meydan TV

Caption: Seymur Həzi

Belarus keçdi

İndidən “udulmuş” seçkinin uduzulmuş nəticələri

9 avqustda Belarusda keçiriləcək seçkilərin taleyi barədə indidən qəti fikir söyləmək olmaz. Bu Şərqi Avropa ölkəsi həm də Avropanın fiziki xəritəsindəki sonuncu anti-demokratik idarəetməyə sahib olan toplumdur. Budur, seçkilərə iki gün qalmasına baxmayaraq, heç bir etibarlı sosial sorğu yoxdur. İnternet media üzərindən aparılan əksər sorğularda Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixonovskaya qabaqdadır. Amma Lukaşenko da geri qalmır. O, inzibati aparatın gücünü özünün xeyrinə işlətməkdə davam edir. Siyasətə gözlənilməzlik effekti ilə gələn xanım ictimai fikri təccüb doğurmaqla özünə çəkdi, ancaq bu effektin ölməsinə imkan vermədən həm də çoxminlik mitinqlərin lideri kimi çıxış etdi. Bu isə uzun illərdən sonra Belarus üçün bir sıra yeni qapıların açıldığını deməyə əsas verir. Əlbəttə ki, hazırda qlobal iqtisadi böhranın bütün siyasi proseslərə axtarışlar kontekstində təsiri mövcuddur. Yəni bütün siyasi axınlar yeniliyə - hazırki vəziyyətdən bir an öncə çıxmağa meyillidir. Bununla belə, Lukaşenkoya qarşı narazılığın kökləri on illərin təzyiq və susdurma siyasətinə əsaslanır. Bu mənada indi Belarusiya, həm Avropanın faktiki sonuncu diktatoru ilə mübarizə aparır. Həm AB-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəki proseslərə öz töhfəsini verir, həm də dünyanın seçilən diktatorlarından birinin bünövrəsinə link salmaqla ümumi axının yeni bir iri dalğasını yaratmış olur. Burada Rusiya və Qərb faktoruna toxunmamaq mümkün deyil. Ona görə də biz bir neçə başlıqda bütün detallara olmasa da, əhəmiyyətli məqamlara diqqət yetirməyə çalışacağıq.

Putin dəstək verəcəkmi?

Lukaşenko bir müddət qabaq Rusiyadan ona sui-qəst etmək üçün gəlmiş dəstənin tutulmasını elan etdi. Bu qrupun Lukaşenkonu öldürmək və ya onu yenidən diriltmək istəməsi barədə düşünmək lazımdır. Birincisi, Putin Lukaşenkonu niyə aradan götürmək istəsin? Lukaşenkonun yerinə iddia edən hansı qüvvə Rusiyaya sərf edəcək? Hətta elə bir qüvvə olsa da, Rusiya şəxslər məsələsinə elə də üstünlük verməz. Çünki o demokratik prosesə, tendensiyaya qarşıdır. Çünki Kreml indi özü də bu tendensiyanın bir bölgədən hərəkət götürməsindən ehtiyatlanır. Həm də SSRİ-ni yaratmış üç ölkədən ikisində demokratiya, elə üç ölkədən ikisində “əksinqilabi hərəkat” deməkdir. Yəni Şərq slavyanları zolağı artıq başqa rəng alır demək olacaq və bu, Kremlin də rəng-mahiyyət dəyişməsinə təkanverici gücə çevrilər. Ən azından isə bu istiqamətdə narahatlıq yaradan amil ola bilər. Ona görə də bu qəsd olayı daha çox Lukaşenkonun yenidən dirildilməsinə hesablanmış gedişə bənzəyir. Onun nəinki Moskvaya bağlı olmadığı, hətta Kreml tərəfindən yaşaması arzu olunmayan adam imici daxildə Lukaşenkoya qarşı qıcıqları zəiflədər deyə düşünülüb. Zəiflədərmi? Görünən odur ki, indi narazılıq həm də geosiyasi oryentirlərin seçilməsinə istinad edir, amma əsasən sosialyönümlüdür və necə olmasından asılı olmayaraq status kvonun davam etməsinə dözümsüzlükdən doğub. Yəni, Lukaşenko artıq bütün problemləri və durğunluğu simvolizə edir.

Qərb nə istəyir?

Qərbin Belarusda aktiv hərəkəti hiss olunmur. Bununla belə, prosesin mahiyyəti demokratik dünyanın maraqlarına cavab verir. Şərq Tərəfdaçlığı proqramının böyük mənada uğurlu olması həm də Belarusda ya demokratik keçidin olmasından, ya da burada azadlıqların ciddi irəliləyiş əldə etməsindən asılıdır. Buna görə də hazırkı vətəndaş fəallığı seçkidən sonra, nəticənin necə olmasından asılı olmayaraq yeni siyasi müstəvinin formalaşmasının əsasını qoyacaq. Bundan sonra Belarus yeni tendensiyanın nümunəsi olacaq. Hazırki sosial-iqtisadi problemlər fonunda ciddi repressiyalar etmək çətinləşəcək. Buna cəhd isə özünəuyğun reaksiya doğuracaq. Hər bir halda Aleksandır Lukaşenko bu prosesdən məğlubiyyətinin başlanğıcı ilə barışaraq çıxacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/y77ded

Most Viewed