Bazar günü Azərbaycanda 1896 adam koronavirusa yoluxub

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 261, bu günə qədər isə 5 milyon 25 min 402 testin icra olunduğu göstərilib.

Source: Meydan TV


"19 xəstə vəfat edib"

Oktyabrın 17-də Azərbaycanda 1896 adam COVID-19 infeksiyasına yoluxub, 764 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 19 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 502 min 207 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 478 min 403 nəfər müalicə olunaraq sağalıb, 6 min 765 pasiyent ölüb. Aktiv xəstə sayı 17 min 39 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 261, bu günə qədər isə 5 milyon 25 min 402 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqBazar günü Azərbaycanda 1896 adam koronavirusa yoluxub