İctimai nəqliyyat

Source: marja.az

Caption: İctimai nəqliyyat

Bayram günləri təkcə ictimai nəqliyyat işləməyəcək

“Əlavə məhdudiyyət tətbiq edilməyəcək”

“Bayram günləri heç bir məhdudiyyət tətbiq edilməyəcək”.

Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev belə deyib.

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib.

Brifinqdə çıxış edən Teymur Musayev bildirib ki, tək məhdudiyyət ictimai nəqliyyatla bağlı olacaq: “İctimai nəqliyyat Novruz bayramında olduğu kimi işləməyəcək”.

Vaksinasiya prosesi barədə məlumat verən Teymur Musayev bildirib ki, bu gün, mayın 6-da 1600 nəfər ilk dozanı alıb: “Hər iki dozanı almış vətəndaşlar arasında isə yoluxma sayı aşağıdır”.

Teymur Musayev deyib ki, son zamanlar vaksinasiyanın mövsümi olması ehtimalı irəli sürülür. Bununla bağlı Azərbaycan rəsmiləri istehsalçılarla danışıq aparır: “Son günlərdə "Sputnik-V" vaksini gətirilib. Onların da tətbiqinə başlanılır. Ölkəmizə gətirilən vaksinlər tam təhlükəsizdir”.

“Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsinə start veriləcək. Eyni zamanda, mayın 10-dan 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır”, - deyən Teymur Musayev bütün vətəndaşları bu kampaniyaya qoşulmağa çağırıb.

“Azərbaycanın regionlarında koronavirusa yoluxma ilə bağlı ciddi dəyişiklik yoxdur. Vəziyyət stabil qiymətləndirilə bilər”, - bunu isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Teymur Musayev və Yaqut Qarayeva

Teymur Musayev və Yaqut Qarayeva

Source: Azərtac

O, paytaxtın Binəqədi və Xətai rayonunda yoluxma həddinin daha yüksək olduğunu söyləyib: “Sağalanların sayı yoluxanların sayını keçib. Bizə yeni yoluxma yox, testlərin daxilində pozitiv nəticələrin payı maraqlıdır”.

Yaqut Qarayeva bildirib ki, yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur: “Yoluxma əmsalı 10 faizə yaxınlaşır. Epidemioloji vəziyyət nəzarət altındadır. 30-59 yaş arası insanlarda yoluxma halları çox olur və bu göstərici həmişə eyni olub”.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ən son, mayın 5-də açıqlanan rəsmi statistikaya görə, ötən bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2074 nəfər sağalıb, 20 nəfər vəfat edib.

Hazırki aktiv xəstə sayı 20275 nəfərdir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/wc5qom

Most Viewed