Filmdə Sarabski obrazını xalq artisti Mikayıl Mirzə canlandırıb

Source: Foto: Meydan tv

Caption: Filmdə Sarabski obrazını xalq artisti Mikayıl Mirzə canlandırıb

“Başqa yerlərdə artistlərə gül verirlər, hörmət edirlər, bizim isə qazancımız söyüş olur”

Hüseynqulu Sarabskinin 140 illik yubileyi qeyd olunub

Azərbaycan peşəkar musiqi teatrının banilərindən olan Hüseynqulu Sarabskinin 140 illiyinə həsr edilən “Qəlblərdə yaşayan sənətkar” adlı tədbir keçirilib.

Hüseynqulu Sarabski adına Mərkəzi Mədəniyyət Evində reallaşan mərasimdə xalq artistinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Hüseynqulu Sarabskinin ifasında “Qalalı” mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova “Leyli və Məcnun” operasından məktəb səhnəsini ifa ediblər.

Mədəniyyət evinin xalq teatr kollektivinin ifasında Hüseynqulu Sarabski və Üzeyir Hacıbəylinin görüş səhnəsi, “Leyli və Məcnun” operasından səhnəcik təqdim olunub.

Azərbaycanın görkəmli opera müğənnisi olan Hüseynqulu Sarabski (1879-1945, Bakı) aktyor, rejissor, pedaqoq, teatr xadimi kimi də fəaliyyət göstərib. 1908-ci ildən “Nicat” cəmiyyəti nəzdində “Müsəlman Opera truppası”nın yaradıcılarından biri və solisti, Məcnun (“Leyli və Məcnun”), Şeyx Sənan (“Şeyx Sənan”), Kərəm (“Əsli və Kərəm”), Sərvər (“O olmasın, bu olsun”), Şah İsmayıl və başqa partiyaların ən yaxşı ifaçılarından olub.

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan “Üzeyir ömrü” (“Uzun ömrün akkordları”) avtobioqrafik filmdə Hüseynqulu Sarabski obrazı öz koloritliyi ilə seçilib. Filmdə Sarabski obrazını xalq artisti Mikayıl Mirzə canlandırıb.

Tədbirdə Hüseynqulu Sarabskinin ifasında “Qalalı” mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova “Leyli və Məcnun” operasından məktəb səhnəsini ifa ediblər

Tədbirdə Hüseynqulu Sarabskinin ifasında “Qalalı” mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova “Leyli və Məcnun” operasından məktəb səhnəsini ifa ediblər

Source: Meydan TV

Filmdə Məcnun partiyasını oynamağa hazırlaşan Sarabskinin “Mən başlamışam artıq dəlilərə göz qoymağa”, yaxud “Başqa yerlərdə artistlərə gül verirlər, hörmət edirlər, bizim isə qazancımız söyüş olur”, - və sair bu kimi sitatları diqqət çəkir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/htbnru

Most Viewed