Elmin Bədəlov

Source: Foto: Meydan TV

Caption: Elmin Bədəlov

Baş rejissor bu dəfə məhkəməyə qolları bağlı gəlib

Elmin Bədəlov bununla incəsənətə, xüsusilə də teatr azadlığının boğulmasına diqqət çəkmək istədiyini bildirib

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Mədəniyyət Nazirliyinə qarşı növbəti məhkəmə prosesi keçirilib.

Bu il oktyabrın 30-da keçirilən ilk məhkəmə prosesinə başında qəfəslə gələn teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlovun bu dəfə qolları bağlı olub. O, bununla incəsənətə, xüsusilə də teatr azadlığının boğulmasına diqqət çəkmək istədiyini bildirib.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Mədəniyyət Nazirliyindən nümayəndə iştirak edib. Bildirib ki, ADO-nun nazirliyə ünvanladığı məktublar eyni tərkibli olduğu üçün təkrar şərh verməyə lüzum görülməyib.

Məhkəmənin sədri Mədəniyyət Nazirliyindən küçə tamaşalarının keçirilməməsinə dair əsaslı cavab verilməyini istəyib. Qarşı tərəf növbəti prosesdə teatrın çıxışlarına icazə verməmək səbəblərinə aydınlıq gətiriləcəyini bildirib.

Növbəti məhkəmə prosesi dekabrın 6-da, saat 16:45-də olacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırılmış iddia əsasında keçiriləcək məhkəmə prosesi isə dekabrın 5-də olacaq.

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciətlər etsə də, müsbət cavab almayıb.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyini və Bakı İcra Hakimiyyətini məhkəməyə verib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/oq3ugm

Most Viewed