Xalidə Bayramova

Source: Trend.az

Caption: Xalidə Bayramova

Baş Prokurorluq Xalidə Bayramovanın məsuliyyətə cəlb olunması üçün təqdimat verib

İcra başçısının müavini ilə bağlı araşdırma başlayıb

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanın məsuliyyətə cəlb olunması üçün prokurorluq təqdimat verib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Xalidə Bayramovanın qanunsuz hərəkətlərə yol verməsi haqda prokurorluğa daxil olan məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

“Araşdırma zamanı məlum olub ki, Xalidə Bayramova vəzifə səlahiyyətlərindən istifadə edərək, Səbail rayonu ərazisində yerləşən 1 saylı şəhər poliklinikasının vəzifəli şəxslərinə zəng edib. O, Covid-19 əleyhinə vaksinasiya prosesilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan, onun peyvəndlənmiş şəxs kimi qeydiyyata alınıb, bu barədə tibbi sənəd verilməsini tələb edib”, - prokurorluğun məlumatında bildirilir.

Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilib. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərini pozduğu əsas gətirilərək, onun barəsində qanuni tədbir görülməsi, intizam məsuliyyətinə cəlb edilməsi üçün Səbail Rayon İcra Hakimiyyətinə təqdimat verilib.

Xalidə Bayramovanın adı 2019-cu ilin aprelində 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı məsələsində də çox hallanmışdı. Hadisə yerinə gələn icra başçısının birinci müavini özünə qəsd edən şagirdi istər məktəbdə, istərsə də sonradan xəstəxanada sorğu-suala tutmuşdu. Məktəbin direktoru hadisədən sonra təcili yardım əvəzinə Xalidə Bayramovanı çağırmışdı.

Sonradan ekspertiza rəy vermişdi ki, məktəblinin hadisədən dərhal sonra xəstəxanaya aparılmaması, bu prosesin yubanması onun durumunun daha da pisləşməsinə səbəb olub.

Xalidə Bayramova bu məsələ ilə əlaqədar istər istintaqda, istərsə də məhkəmədə dindirilmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/s6h2tz

Most Viewed