Bakıda “Harmoniya” adlı qrup sərgisi olacaq

Sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənəcək.

Source: Specify Source


Tədbir cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə keçirilir

Martın 5-də Akademik Opera və Balet Teatrında rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılacaq.

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçiriləcək tədbir 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.

Sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənəcək.

Tədbir cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə keçirilir. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaq.

Ana səhifəMədəniyyətBakıda “Harmoniya” adlı qrup sərgisi olacaq