Bakıda Beynəlxalq Tanqo Festivalı

Source: Foto: arxiv

Caption: Bakıda Beynəlxalq Tanqo Festivalı

Bakıda Beynəlxalq Tanqo Festivalı keçiriləcək

Festivalda dünya şöhrətli rəqs ustaları çıxış edəcəklər

Bakıda artıq üçüncü dəfədir keçiriləcək Beynəlxalq Tanqo Festivalının vaxtı məlum olub.

Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən noyabrın 29-dan dekabrın 1-dək reallaşacaq festivalda dünya şöhrətli rəqs ustaları çıxış edəcəklər.

Festivalın xüsusi qonaqları arasında dünya çempionları - Auqustina Piaccio və Maksim Gerasimov, Avropa çempionları - Sesiliya Akosta ilə Levan Qomelauri olacaq.

Həmçinin festival çərçivəsində məşhur bandoneon ustası Viktor Hüqo Vilena və mahir gitaraçı Lautaro Tissera tərəfindən də konsertlər veriləcək.

Festival öncəsi, noyabrın 8-də saat 17:00-da “İçərişəhər” metrostansiyasında Bakı sakinləri üçün yerli peşəkar tanqo ifaçıları tərəfindən şou təqdim olunacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/o1u7c4

Most Viewed