Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək

Bakı Metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Source: Specify Source


Qatarlar arasında interval azaldılacaq

Bakı Metropoliteni sərnişindaşıma fəaliyyətində bir sıra dəyişiklik ediləcək.

Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 20-dən yeni tədris ilinin başlanması, həmçinin yay mövsümünün başa çatması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

Sərnişinlərin metrodan daha çox istifadə etdikləri saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək.

Bakı Metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

“Pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq.

“Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq”, – məlumatda deyilir.

Ana səhifəSosialBakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək