“Bahar Enerji”

Source: zerkalo.az

Caption: “Bahar Enerji”

“Bahar Enerji”dəki ixtisarlar narazılığa səbəb olub

İşdən çıxarılan sürücü infarkt keçirib

“Bahar Enerji” (BEOCL) Əməliyyat Şirkətinin 56 əməkdaşına ixtisarla bağlı bildiriş təqdim olunub. Ümumilikdə isə yaxın 2 ay ərzində şirkətdə çalışanların 10 faizinin ixtisarı nəzərdə tutulduğu bildirilir

Bu barədə Meydan TV-yə adının açıqlanmasından çəkinən şirkət əməkdaşı məlumat verib. Onun sözlərinə görə, ötən həftə bildiriş alıb və işdən çıxarılma qərarının dəyişdirilməsi üçün müraciət edib.

“3 ildən sonra təqaüdə çıxacam. Yaşlı anama və həyat yoldaşından ayrılmış qızımın ailəsinə də mən baxıram. Bu yaşdan sonra iş tapa bilməyəcəm. İşdən çıxarılma qərarının dəyişdirilməsi üçün az qala hər şöbə rəisinin qəbulunda olmuşam, ailə vəziyyətimi izah etmişəm”,-şirkət əməkdaşı bildirib.

İxtisara səbəb kimi dünya bazarında karbohidrogen əmtəə qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi göstərilib. İşçilərə bildiriblər ki, onlar işdən çıxmaq üçün ərizə yazmalıdılar.

İclasın protokolu

İclasın protokolu

Source: Meydan TV

Bildiriş alanlardan biri- şirkətin nəqliyyat sexinin aqreqat sürücüsü Seyran Məhəmmədov infarkt keçirərək Sabunçudakı 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib. Məlumatı Meydan TV-yə sürücünün yaxınları da təsdiqləyib.

Şirkətin bir qadın əməkdaşı isə deyib ki, “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkinsin işlərini hüquq departamenti ilə mühasibatlıq departamentinin qohum olan müdirləri həll edirlər:

“Deyirlər ki, ixtisar əmri xaricdəki şirkətdən gəlib. Hətta tənha qadınlara, şəhid ailələrinə də güzəşt edilmir. Deyirlər ki, əmrləri Vüqar müəllimdən alırlar, amma onun kim olduğu, hansı vəzifə tutduğu bəlli deyil. Vüqar müəllim xaricdə yaşayır”.

Prezident İlham Əliyevə müraciət

Prezident İlham Əliyevə müraciət

Source: Meydan TV

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirib ki, “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkins ötən ilin martından, yəni pandemiya başlayandan Əmək Məcəlləsinin 69.7, 5.1.1, 69.7, 172. 5, 43.4.4. maddələrini pozur, lakin bunun üçün cəzalandırılmayıb:

“Təşkilatımıza şirkətlə bağlı tez-tez şikayətlər daxil olur. Bu ilin əvvəlinədək əməkhaqlarının ödənilməsi gecikdirilirdi, etiraz aksiyalarından sonra problem həllini tapdı. İndi də ixtisarlara başlanılıb. Şirkətin həmkarlar təşkilatı da ixtisarlarla bağlı etirazını bildirib. İşçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət ediblər. Lakin hələ nəticə yoxdur”.

“Bahar Enerji” Əməliyyat Şirkəti 2010-cu ilin okytabrından fəaliyyət göstərir. Şirkətin təsisçisi “Greenfields Petroleum Corporation”dur.

Şirkətdən ixtisarlarla bağlı məlumatları şərh etmək istəməyiblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/f3xoqk

Most Viewed