Source: Google

Azərbaycanlı tenorun erməni sənətçi ilə birgə çıxışdan imtina etməsi xəbəri təsdiqini tapmayıb

“Yusif Eyvazov bu məsələ ilə bağlı azacıq da olsa etirazını ifadə etməyib”

Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazovun milliyətcə erməni soprano Ruzan Mantaşyanla bir səhnədə çıxış etməkdən imtina etməsi xəbəri öz təsdiqini tapmayıb.

“Forumopera.com” portalının ilkin məlumatında bildirilirdi ki, Yusif Eyvazovun erməni həmkarı ilə eyni səhnədə çıxış etməkdən imtinası ilə bağlı xəbəri “Massis Opera” agentliyi yayıb. Bu agentliyin işi opera müğənnilərini beynəlxalq səviyyədə təqdim etməkdir, həmin ifaçılardan biri də Mantaşyandır.

“Lenta.ru” saytının xəbərində qeyd olunur ki, Yusif Eyvazov bu məsələ ilə bağlı azacıq da olsa etirazını ifadə etməyib. Məlumatda “ola bilsin ki, anlaşılmazlıq olub”,- deyə qeyd edilib.

Daha əvvəl“Forumopera.com” xəbər yaymışdı ki, azərbaycanlı tenor siyasi səbəblərə görə erməni sənətçi ilə Drezden opera balının açılışındakı çıxışından imtina edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/k5nzjw

Most Viewed