Azərbaycanlı rejissor: Türklər inanmırdı ki, “Aporia” bizim filmdir

Ekran işi Azərbaycanda ilk dəfə bu il noyabrın 22-dən “Park Cinema” kinoteatrlar şəbəkəsində göstəriləcək.

Source: Specify Source


Filmin yaradıcı heyəti bölgələrdəki aktyorlardır

Azərbaycanlı rejissor, ssenarist Rəvan Cabbarov 2018-ci ildə ekranlaşdırdığı “Aporia” filmi ilə dünyaya səs salmağa iddialıdır.

Dediyinə görə, çəkdiyi film dünyanın ən böyük transmilli şirkəti “Amazon” vasitəsilə də yayımlanacaq.

Ekran işi Azərbaycanda ilk dəfə bu il noyabrın 22-dən “Park Cinema” kinoteatrlar şəbəkəsində göstəriləcək. Filmin nümayişinə elə həmin gün Amerikada da başlanılacaq. Artıq orada aidiyyatı qurumlarla danışıqlar aparılaraq razılıq alınıb.

“Filmin süjet xəttindən danışım, qısaca onu deyə bilərəm ki, ekran işi qəsəbə sakinlərinin kimliyi bəlli olmayan bir qrup silahlı tərəfindən əsir götürürlərək, dəhşətli inşəngəcələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Silahlı təşkilat insanlar üzərində müxtəlif sınaqlar keçirməyə başlayır. Lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur. Odur ki, üzərində uğursuz təcrübələr aparılmış insanlar qəsəbədən uzaq, kimsəsiz bir dağın başına aparılıb güllələnir. Sırf qorxu filmi deyil, burada döyüş, həyəcan, mübarizə, əzmkarlıq və dram var. Başlıcası odur ki, ssenari sıxıcı deyil, mənasız uzadılan səhnələr yoxdur, həyəcan səni ekrana bağlayır, mübarizə əzmi maraq oyadır, dram isə təsirləndirir. Bir sözlə, ekran işi dolğundur. Bütün janrlara toxunmuşuq və birləşdirmişik, odur ki, filmi bu janrların bütün pərəstişkarları izləyə bilər”, – rejissor Meydan TV-yə belə deyir.

image_from_ios (4).jpg
“Başlıcası odur ki, ssenari sıxıcı deyil, mənasız uzadılan səhnələr yoxdur, həyəcan səni ekrana bağlayır, mübarizə əzmi maraq oyadır, dram isə təsirləndirir”

Ssenari üzərində iki ildən çox işlədiyini söyləyən Rəvan Cabbarov çəkilişlərin Şəkidə, yaşayış məntəqələrindən çox uzaq dağlıq ərazilərdə aparıldığını bildirir. Yeri gəlmişkən, yaradıcı heyət də elə əyalət teatrlarında çalışan aktyorlar arasından seçilib.

“Aporia”nın baş qəhrəmanı Aysel Yusubova Zaqatala Xalq Teatrının aktrisasıdır. Digər aktyorlar isə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərirlər. Filmdə Pərviz İsmayılov, Mübariz Səmədov, Rahim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları çəkilib.

Rejissor seçdiyi aktyor heyətindən razı qalıb. Deyir ki, hər biri öz rolunu kifayət qədər təsirli və inandırıcı oynaya bilib:

“Rayonlarımızda fəaliyyət göstərən teatrlarda çox istedadlı aktyorlarımız var. İstədik ki, filmə üzdə olmayan aktyorları çəkək. İnsanlar ekranda eyni simaları görməkdən bezib. Burada bir məqam da var, ssenaridə redaktorlarla birgə dialoqlara əl gəzdirdik. Çalışdım ki, AzTV-də səslənən, qulaqlarımızı qıcıqlandıran sözlərdən istifadə olunmasın”.

image_from_ios (3).jpg
Ssenari üzərində iki ildən çox işlədiyini söyləyən Rəvan Cabbarov çəkilişlərin Şəkidə, yaşayış məntəqələrindən çox uzaq dağlıq ərazilərdə aparıldığını bildirir.

Film Azərbaycan dilində çəkilib. Sonradan türk və ingilis dilinə dublyaj olunub. Rejissorun dediyinə görə, ilk nümayişi bu ilin yayında Türkiyədə olan “Aporia” böyük maraqla qarşılanıb:

“Düzdür, türklərlə aramızda bir az problem yaşandı. Onlar israrla deyirdilər ki, bu, bizim filmimizdir. Keyfiyyət o qədər yüksək idi ki, biz onları inandıra bilmədik ki, bu, azərbaycan filmidir.

Bizə gəlincə, bildiyim qədərilə, azərbaycanlı tamaşaçılar artıq komediyadan, şit zarafatlı filmlərdən bezib. Azərbaycanın sağlam rəqabətli filmlərə ehtiyacı var. Əminəm ki, azərbaycanlı tamaşaçılar bu filmdə Hollivud səhnələrində gördüklərinin eynisini izləyəcəklər. Hətta inanmayacaqlar ki, bu, bizim filmdir. Düzdür, bəyənməyənlər də olacaq. Çox güman ki, bu, Azərbaycanda həm keyfiyyət, həm çəkiliş, həm də ssenari baxımından ilk iş olacaq”.

image_from_ios (5).jpg
Film Azərbaycan dilində çəkilib

“Sultansoy”, “BDAmerika”, “Canmedia”, “DFGS” şirkətlərinin istehsalı olan filmin büdcəsi 4 yüz min manatdır.

Rəvan Cabbarov (Rec Rəvan) 1989-cu ildə Şəkidə doğulub. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Müxtəlif dövrlərdə yerli telekanallarda montajçı, qrafist, baş qrafist, rejissor və baş rejissor kimi fəaliyyət göstərib. Türkiyədə kompüter qrafikası, montaj üzrə təhsil alıb. Sonra Azərbaycana qayıdıb, həvəsi olan rejssorluq işi ilə məşğul olmağa başlayıb.

image_from_ios (6).jpg
Filmin nümayişinə elə həmin gün Amerikada da başlanılacaq.
image_from_ios (8).jpg
Lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur
image_from_ios (2).jpg
“Aporia”nın baş qəhrəmanı Aysel Yusubova Zaqatala Xalq Teatrının aktrisasıdır
Ana səhifəMədəniyyətAzərbaycanlı rejissor: Türklər inanmırdı ki, “Aporia” bizim filmdir