Source: Google

Azərbaycanlı hüquqşünas Çernobılda çəkiliş aparıb

Article was updated on :  12 November 2019

Çernobılda 1 gün

Bu dəfə hara” vloqunda Cernobıl ətrafındakı kənd və şəhərlərdən bəhs edilir

Bu ilin mayında ABŞ-ın “HBO” telekanalında yayımlanan beşhissəli “Çernobıl” miniserialı bütün dünyada böyük marağa səbəb olub.

Rejissor Yohan Renkın tarixi dram janrında çəkdiyi film adından göründüyü kimi, 1986-ci il aprelin 26-da Çernobıl şəhərində Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış nəticəsində baş verən faciədən bəhs edir.

Serialın 30 faizi Kiyevdə, qalan hissələri isə Litvada çəkilib.

Ssenari müəllifi Kreyq Meyzi miniserialda Çernobıl faciəsi ilə yanaşı, dövrün mövcud hakimiyyətinin yalançı təbliğatını da göstərmək istəyib. Bunun üçün o, 2,5 il ərzində arxiv materiallarını toplayıb. Tarixi mənbələrlə yanaşı, həmçinin Ukrayna əsilli belarus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin “Чернобыльская молитва” kitabından bəhrələnib.

“Reuters”in verdiyi məlumata görə, məhz bu serialdan sonra Çernobıla səyahət edən turistlərin sayı qırx faiz artıb.

Azərbaycanlı müstəqil hüquqşünas Nicat Məmmədbəyli kino sənayesinin turizmə təsirinin bariz nümunəsi olan Çernobılda olub.

“Bu dəfə hara?” vloqunun müəllifi Çernobıl ətrafında olan kənd və şəhərləri simvolizə edən memoriala, faciənin ilk qurbanları olan yanğınsöndürənlərin xatirəsini əbədiləşdirən monumentə baş çəkib. Demək olar ki, yer üzündən tamamilə silinən Kopaçi kəndindən çəkiliş edib, maraqlı məlumatlar verib. Diqqətə çatdırıb ki, vaxtilə kəndin min nəfər sakini olub. Tikililər taxtadan olduğu üçün radiasiya hamısını məhv edib. Həmin kənddə daşdan iki tikili qalıb. Onlardan biri də uşaq bağçasıdır.

O, həmçinin 1970-ci ildə salınan Pripyat şəhərində olub. Vaxtilə 47500 insan yaşayan şəhər indi demək olar, tamamilə tərk edilib.

Nicat Məmmədbəyov atom elektrik stansiyasının yerləşdiyi əraziyə də baş çəkib. 4 saylı nüvə reaktorunun təxminən 100-150 metrliyinə qədər gedib. İzləyiciləri məlumatlandırıb ki, hazırda reaktor 360 min tonluq sarkofaqla örtülüb.

Yeri gəlmişkən məlumatlara görə, sarkofaq əməliyyatında 129 nəfər Azərbaycan vətəndaşı da iştirak edib.

Hadisə baş verən ilk aylarda isə qəza yerinə təxminən 7 min azərbaycanlı aparılıb. Ən son məlumatlara görə, Azərbaycanda 4594 Çernobıl qəzasının iştirakçısı yaşayır. Onların doxsan faizindən çoxuna əlillik statusu verilib. Hazırda kateqoriyasından asılı olaraq, əlillərə aylıq müavinət kimi 100-150 manat pul ödənilir.

Alimlərin gəldiyi qənaətə görə, Çernobıl ərazisində tam təhlükəsiz şəraitdə yaşamaq üçün təqribən 20 min ilə ehtiyac var.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  12 November 2019
Featured in:  
Shortlink:   http://mtv.re/dmzyqo

Most Viewed