Azərbaycanlı alpinist dünyanın ən yüksək zirvələrindən birini fəth edib

Bu, Azərbaycandan olan alpinistlərin həmin səkkizminliyə ilk ekspedisiyasıdır.

Source: meydan tv


Alpinistlərin baza düşərgəsinə sabah dönəcəkləri gözlənilir

İsrafil Aşurlu, Aleksandr Telnov və Zakra Larokdan ibarət alpinist üçlüyü mayın 22-də Nepal vaxtı ilə səhər saat 6:00-da dünyanın ən yüksək zirvələrindən biri Lhotzeyə (8516 metr) qalxıb.

“Turan” agentliyinin məlumatına görə, gecə 7800 metr yüksəklikdəki həmlə düşərgəsindən çıxan alpinistlər zirvəyə səhər saat 6:00-da çatıblar. Saat 10:00-a yaxın alpinistlər həmlə düşərgəsinə geri dönüblər və hazırda dincəlirlər. Alpinistlərin baza düşərgəsinə (5600 metr) sabah dönəcəkləri gözlənilir.

Bu, Azərbaycandan olan alpinistlərin həmin səkkizminliyə ilk ekspedisiyasıdır. İndiyədək İsrafil Aşurlu dünyanın ən yüksək zirvəsi Everestə (8848 m.) və Kantencanqaya (8596 m.) qalxıb.

İdman ustası, sahibkar İsrafil Aşurlu Azərbaycan Alpinist Klubunun təsisçisidir. Bundan öncə Azərbaycan Alpinizm Federasiyasına rəhbərlik edib.

İsrafil

Aşurlu Lhotze

zirvəsinə qalxmaq üçün mayın əvvəlindən Nepaldadır.

Ana səhifəXəbərlərAzərbaycanlı alpinist dünyanın ən yüksək zirvələrindən birini fəth edib