Azərbaycanlı aktrisa Hollivuddan təklif aldığını deyir

O, təklifi qəbul edərsə, filmdə isveçli aktrisa, “Oskar” mükafatının sahibi Alisiya Vikanderin bacısı roluna çəkiləcək.

Source: Specify Source


Təklifi qəbul edərsə, filmdə isveçli aktrisa, “Oskar” mükafatının sahibi Alisiya Vikanderin bacısı roluna çəkiləcək

Zaqatala Xalq Teatrının aktrisası Aysel Yusubova Hollivud filmində oynamaq barədə təklif aldığını deyir.

Aktrisa Meydan TV-yə açıqlamasında Amerikanın BDAmerika kino şirkəti tərəfindən ona “Tomb Raider: Lara Kroft” filmində oynamaq dəvətinin gəldiyini bildirib.

O, təklifi qəbul edərsə, filmdə isveçli aktrisa, “Oskar” mükafatının sahibi Alisiya Vikanderin bacısı roluna çəkiləcək.

Azərbaycanlı rejissor və ssenari müəllifi Rəvan Cabbarovun triller janrında çəkdiyi “Aporia” filmində baş rolu oynayan Aysel Yusubova məhz bundan sonra populyarlaşıb. Bu film Türkiyə, Amerika, həmçinin dünyanın ən böyük transmilli şirkəti “Amazon” vasitəsilə yayımlanıb.

Filmdə baş rolu oynayan Aysel Yusubova üçün xarici, həmçinin yerli rejissorların təklifləri gözlənilməz olub:

“Ssenari ilə tanış deyiləm. Ətraflı məlumat aldıqdan sonra təklifi dəyərləndirəcəyəm. Azərbaycanlı rejissorların da filmə çəkilmək təklifləri var, hələ ki, bu haqda qərar verməmişəm”.

Zaqatala Xalq Teatrında həvəskar aktrisa kimi fəaliyyətə başlayan 27 yaşlı Aysel Yusubova hazırda Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsində təhsil alır.

Ana səhifəMədəniyyətAzərbaycanlı aktrisa Hollivuddan təklif aldığını deyir