Source: Sputnik

Azərbaycanla Özbəkistan birgə filmlər çəkəcək

Article was updated on :  17 September 2021

İlk ekran işi Xarəzmşahların sonuncu hökmdarı haqqında olacaq

Azərbaycanla Özbəkistan arasında müştərək filmlərin çəkilməsi müzakirə edilib.

Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, nazir Anar Kərimov Özbəkistanın Xivə şəhərində UNESCO-nın himayəsi altında keçirilən “Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” Beynəlxalq Mədəniyyət Forumunun açılış mərasiminə qatılıb.

Tədbir çərçivəsində o, Özbəkistan Baş nazirinin müavini Əziz Əbduhakimov və mədəniyyət naziri Ozodbek Nazarbekovla da görüşüb.

Görüşdə Özbəkistanda Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddin Mənquberdi (1199-1231) haqqında filmin çəkilməsi, Azərbaycan aktyorlarının ekran işində iştirakı barədə söhbət açılıb.

Bundan başqa, “Özbəkfilm”lə birgə Molla Nəsrəddin haqqında filmin çəkilməsi barədə də müzakirələr aparılıb.

Mədəniyyət sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə, həmçinin abidələrin bərpası haqqında da danışılıb.

Bu ilin martında mədəniyyət naziri Anar Kərimov Türkiyədə fəaliyyət göstərən kino istehsalı, distribusiya və media şirkətlərinin rəhbərləri ilə də görüş keçirib.

Məqsəd birgə filmlərin istehsalı, həmçinin “Netflix Türkiye” platformasında yayımının təşkil olunmasıdır.

Müştərək filmlərdən ilki 44 günlük İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Fulya” sənədli filmidir.

“Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Filmin çəkiliş və montaj prosesi başa çatıb.

“CNN Türk” kanalının müxbiri Fulya Öztürk İkinci Qarabağ Müharibəsi zamanı 44 gün ərzində Azərbaycanın ən qaynar nöqtələrində iştirak edib.

Sənədli film həmin hadisələri əks etdirir.

Fulya Öztürk hazırda FOX TV-nin əməkdaşıdır.

Film Türkiyədə oktyabr ayında təqdim olunacaq.

Azərbaycandakı premyeranın vaxtı hələ məlum deyil.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  17 September 2021
Featured in:  
Shortlink:   http://mtv.re/w4z8wd

Most Viewed