Azərbaycanın Səhiyyə naziri koronavirusla bağlı əmr imzaladı (yenilənir)

Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar hazırlanır

Source: google

***


“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”.


Bunu isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini



Afaq Əliyeva



deyib.


O, bu günədək Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınmadığını söyləyib:


“Səhiyyə Nazirliyi və Gömrük Komitəsi arasında çox sıx əlaqə yaradılıb. Birgə işlər aparılır, gündəlik məlumatlar verilir. Bu günə şübhəli xəstə aşkar olunmayıb”.

***


Yanvarın 28-də Prezident



İlham Əliyev



in tapşırığı ilə Nazirlər Kabinetində koronavirusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.


Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb. Bir neçə qərar qəbul edilib:


-sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;


-ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;


-xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;


-səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;


-virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;


-vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.


Müşavirədə bildirilib ki, hazırda ölkədə bu virusa yoluxan yoxdur

***


Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar hazırlanır

“Yayılan “2019-nCoV” koronavirusun Azərbaycana gəlməsinin qarşısının alınması üçün ölkəyə gələnlər yoxlanılsın. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi mütəxəssisləri bununla bağlı birgə fəaliyyət göstərməlidir”.

Səhiyyə naziri Oqtay Şirəliyev “2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzaladığı əmrdə belə

deyilir

.

Əmr ölkədə yeni koronavirus epidemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb.

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi də əksini tapıb.

“Dezinfeksiya tədbirləri həyata keçirilsin. Kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılsın. Zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejim tətbiq edilsin. Tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunsun”.

Nazirin əmrindən sonra xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar

ayrılıb

.

Həmin palataların sayı 8-dir. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabrında ilk dəfə Çinin Vuhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni “2019-nCoV” koronavirusu aşkar edilib. Onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb.

Korona virusu bu günə qədər Avstraliya, Fransa, ABŞ, Türkiyə, Kanada, Almaniya, Nepal, Cənubi Koreya, Yaponiya, Malaziya, Tailand, İtaliya kimi ölkələrdə aşkarlanıb.

Yanvarın 27-nə olan məlumata görə, virusdan ölənlərin sayı 106 nəfərə çatıb.

Virusa yoluxanların sayı isə 4 min 515 nəfərdir. Yanvarın 26-da virusa yoluxanların sayının 2 min 835 nəfər olduğu bildirilirdi.

Çinli həkimlər bildirirlər ki, xəstəlik yoluxduğu ilk gündən keçicidir. Hələ heç biri əlaməti ortaya çıxmadığı andan başqalarına keçə bilir.

Ana səhifəXəbərlərAzərbaycanın Səhiyyə naziri koronavirusla bağlı əmr imzaladı (yenilənir)