Azərbaycanda yenidən gün ərzində koronavirusdan sağalanların sayı yeni xəstələrin sayını ötdü

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015 test aparılıb və ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 576 249-a çatıb.

Source: Архив


7 nəfər ölüb

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iyulun 13-də Azərbaycanda COVID-19-a daha 529 yeni yoluxma qeydə alınıb.

Koronavirusa yoluxmuş 547 nəfər sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 24 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015 test aparılıb və ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 576 249-a çatıb.

Sonuncu dəfə gün ərzində sağalanların sayının yeni xəstələrin sayından çox olması apreldə qeydə alınmışdı. Sonradan karantin rejiminin yumşaldıması nəticəsində ölkədə virusa yoluxmanın sayı kəskin artmışdı.

Ana səhifəSosialAzərbaycanda yenidən gün ərzində koronavirusdan sağalanların sayı yeni xəstələrin sayını ötdü