Azərbaycanda virusa 963 yeni yoluxma

“Bugünkü test sayı isə 11328-dir”.

Source: Meydan TV


17 nəfərin vəfat etdiyi bildirilir

Mayın 4-də Azərbaycanda 963 adam COVİD-19 infeksiyasına yoluxub, 2091 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 17 nəfərin vəfat etdiyi göstərilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 322 min 761 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 296 min 875 nəfər müalicə olunaraq sağalıb, 4597 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 21289 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 279 min 163 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 11328-dir".

Ana səhifəSağlıqAzərbaycanda virusa 963 yeni yoluxma