Azərbaycanda koronavirusa yoluxmuş 2 nəfər ölüb

Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Source: Reuters


Daha 113 nəfər koronavirusa yoluxub

Mayın 20-də Azərbaycanda iki nəfər koronavirusdan vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda belə deyilir. Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü həmin şəxslərin həyatını xilas etmək mümkün olmayıb. Gün ərzində daha 113 nəfərin koronavirus infeksiyasına yoluxma faktı da qeydə alınıb. Sağalaraq evə buraxılanların sayı isə 55 nəfərdir.

Hazırkı dövrədək ölkədə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxmuş 2 nəfər ölüb