Azərbaycanda koronavirusa 931 adam yoluxub

“Hazırda aktiv xəstə sayı 7356 nəfərdir”.

Source: Архив


4 xəstə vəfat edib

Avqustun 3-də Azərbaycanda 931 adam COVID-19 infeksiyasına yoluxub, 225 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 4 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 345 882 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 7356 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 257, ötən müddətdə isə ümumilikdə 4 060 235 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 931 adam yoluxub