Azərbaycanda koronavirusa 226 yeni yoluxma

“Hazırda aktiv xəstə sayı 4762 nəfərdir”.

Source: Meydan TV


601 nəfərin sağaldığı, 5 nəfərin öldüyü bildirilir

Yanvarın 27-də Azərbaycanda 226 adam COVİD-19 infeksiyasına yoluxub, 601 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah 5 nəfərin öldüyünü qeyd edib.

Qərargah Azərbaycanda indiyə qədər 229 min 584 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 221 min 717 nəfər müalicə olunaraq sağalıb, 3105 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 4762 nəfərdir”.

O cümlədən, ötən müddətdə 2 milyon 380 min 74 test aparıldığı deyilir: "Bugünkü test sayı isə 7458-dir”.

Ana səhifəSosialAzərbaycanda koronavirusa 226 yeni yoluxma