Source: Meydan.TV

Azərbaycanda koronavirusa 1770 nəfər yeni yoluxma

Operativ Qərargah: "24 nəfər vəfat edib"

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1770 yoluxma faktı qeydə alınıb, 3788 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 468 min 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 427 min 493 nəfər müalicə olunaraq sağalıb, 6 min 251 nəfər vəfat edib. Aktiv xəstə sayı 35 min 199 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 781, bu günə qədər isə ümumilikdə 4 milyon 715 min 715 test icra olunub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/6ukfxb

Most Viewed