Azərbaycanda koronavirusa 162 yeni yoluxma

“Bugünkü test sayı isə 6522-dir”.

Source: Meydan TV


705 nəfərin müalicə olunaraq sağaldığı bildirilir

Yanvarın 23-də Azərbaycanda 162 nəfər COVİD-19 infeksiyasına yoluxub, 705 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Operativ Qərargah 8 nəfərin öldüyünü bildirib.

Qərargah Azərbaycanda indiyə qədər 228 min 688 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb: “Onlardan 219 min 724 nəfər müalicə olunaraq sağalıb, 3072 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 5892 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 2 milyon 354 min 473 testin aparıldığı qeyd olunub: “Bugünkü test sayı isə 6522-dir”.

Ana səhifəSosialAzərbaycanda koronavirusa 162 yeni yoluxma