Azərbaycanda koronavirus: bir gündə 92 yoluxma, 1 ölü

“Bugünkü test sayı isə 3011-dir”.

Source: Aziz Karimov


81 xəstənin sağaldığı deyilir

Sentyabrın 21-də Azərbaycanda 1 xəstə COVİD-19 infeksiyasından ölüb, 92 nəfər yoluxub, 81 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 39 min 280 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 36 min 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1868 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 57 min 803 testin aparıldığı xatırlanıb: “Bugünkü test sayı isə 3011-dir”.

Ana səhifəSosialAzərbaycanda koronavirus: bir gündə 92 yoluxma, 1 ölü