Azərbaycanda koronavirus: 25 xəstə vəfat edib

“Aktiv xəstə sayı 24 min 827 nəfərdir”

Source: Meydan TV


"1045 nəfər müalicə olunaraq sağalıb"

Oktyabrın 24-də Azərbaycanda 2036 adam COVID-19 infeksiyasına yoluxub, 1045 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində analiz nümunələri müsbət çıxan 25 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 516 min 325 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu vurğulayıb:

"Onlardan 484 min 604 nəfər müalicə olunaraq sağalıb, 6894 pasiyent ölüb. Aktiv xəstə sayı 24 min 827 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 123 25, bu günə qədər isə 5 108 298 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 25 xəstə vəfat edib