Azərbaycanda koronavirus: İstirahət günü 219 yoluxma

“Bugünkü test sayı isə 7211-dir”.

Foto: Meydan TV


9 xəstə vəfat edib

Mayın 23-də Azərbaycanda 219 adam COVİD-19 infeksiyasına yoluxub, 717 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatda deyilir. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 9 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 332 min 454 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 320 min 708 nəfər müalicə olunaraq sağalıb, 4860 xəstə ölüb. Aktiv xəstə sayı 10 min 825 nəfərdir".

O cümlədən, ötən müddətdə 3 milyon 453 min 244 testin aparıldığı göstərilib:

"Bugünkü test sayı isə 7211-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: İstirahət günü 219 yoluxma