İnternet

Source: arxiv

Caption: İnternet

Azərbaycanda internetlə bağlı məhdudiyyətlər hələ qalacaq

İqtisadçı: “Məhdudiyyət iqtisadiyyata ciddi zərbə vurur”

“Azərbaycan və Ermənistan arasında bu gün qüvvəyə minmiş atəşkəs humanitar məqsədlidir, yəni müvəqqətidir. İki ölkənin informasiya savaşı isə davam edir”.

“Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova belə deyib.

Nazirlik rəsmisi sentyabrın 27-dən ölkə üzrə internetin verilməsinə tətbiq edilmiş məhdudiyyətin hələlik ləğv edilməyəcəyini bildirib: “Bildiyimiz kimi, Azərbaycan ərazisində internet var, sadəcə Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması üçün məhdudiyyət tətbiq edilib. Hələ ki, məhdudiyyətin ləğvinə dair yeni qərar yoxdur, veriləcək istənilən qərar ictimaiyyətə mətbuat vasitəsilə açıqlanacaq".

Günel Gözəlova

Günel Gözəlova

Source: google.az

Məsələyə münasibət bildirən iqtisadçı Toğrul Maşallı öz “Telegram” səhifəsində yazıb ki, internetlə bağlı məhdudiyyətlər iqtisadiyyata ciddi zərər vurur:

“Yəni indiki halda yalnız sosial şəbəkələr yox, həmçinin digər imkanlar da məhdudlaşıb. Bu proses bütün ölkə üzrə baş verir. “The NetBlocks Cost of Shutdown Tool” alətinin hesablamalarına görə, Azərbaycanda 1 günlük internetin tam məhdudlaşdırılması iqtisadiyyata 44,8 milyon dollarlıq zərər vurur. 13 gün ərzində isə bu rəqəm 582,4 milyon dollar təşkil edir. İnternet tam məhdudlaşdırılmayıb deyə, bu rəqəm təxmini 200-250 milyon dollar civarında ola bilər (nəzərə almaq lazımdır ki, sosial şəbəkələr bir çox hallarda yerli internet iqtisadiyyatının vacib hissəsidir”.

Toğrul Maşallı

Toğrul Maşallı

Source: Facebook

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/nmim5m

Most Viewed