Azərbaycanda internet təchizatında problemlər yaşanır

“Rusiya üzərindən ölkəyə daxil olan internet kanalında problem var”

Source:


“Rusiya üzərindən ölkəyə daxil olan internet kanalında problem var”

Azərbaycanın bir sıra şəhər və rayonlarının internetlə təchizatında aprelin 21-də səhər saatlarından başlayaraq çətinliklər yaranıb.

“Report”un məlumatına görə, ölkəyə xaricdən interneti gətirən ana provayderlər problemlə üzləşiblər.

“Çətinlik bütün internet kanallarında deyil, əsasən yüklü kanallarda qeydə alınıb. Hazırda yaranmış fasilənin səbəbi araşdırılır. İlkin ehtimala görə, Rusiya üzərindən ölkəmizə daxil olan internet kanalında problem var. Ümid edirik ki, qısa zaman ərzində problem həll ediləcək”, – İKT sektorundakı mənbə bildirib.

Ana səhifəXəbərlərAzərbaycanda internet təchizatında problemlər yaşanır