Azərbaycanda infeksiyaya yoluxma sayı 141 oldu

“Bugünkü test sayı isə 7656-dir”.

Source: Архив


Daha 3 nəfər həyatını itirib

Sentyabrın 16-da Azərbaycanda 141 adam COVİD-19 infeksiyasına yoluxub, 151 nəfər müalicə olunaraq sağalıb, 3 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahdan bildirilib ki, Azərbaycanda indiyə qədər 38 min 658 adam yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb, 569 pasient vəfat edib. Hazırda aktiv xəstə sayı 1940 nəfərdir.

Operativ qərargah ötən müddətdə 1 milyon 27 min 685 testin aparıldığını xatırladıb:

“Bugünkü test sayı isə 7656-dir”.

Ana səhifəSosialAzərbaycanda infeksiyaya yoluxma sayı 141 oldu