Azərbaycanda bir gündə 406 nəfər koronavirusa yoluxub

“Bugünkü test sayı isə 10009-dur”.

Source: Meydan TV


11 nəfər vəfat edib

Mayın 21-də Azərbaycanda 406 adam COVİD-19 infeksiyasına yoluxub, 769 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 331 min 883 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 319 min 271 nəfər müalicə olunaraq sağalıb, 4839 sətə ölüb. Hazırda aktiv xəstə sayı 7772 nəfərdir".

O cümlədən, ötən müddətdə 3 milyon 435 min 192 testin aparıldığı göstərilib: "Bugünkü test sayı isə 10009-dur".

Ana səhifəSağlıqAzərbaycanda bir gündə 406 nəfər koronavirusa yoluxub