Azərbaycanda 21 nəfər koronavirusdan ölüb

“Aktiv xəstə sayı 25 min 655 nəfərdir”.

Source: Meydan TV


1477 yeni yoluxma faktı qeydə alınıb

Oktyabrın 25-də Azərbaycanda 1477 adam COVID-19 infeksiyasına yoluxub, 628 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 21 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 517 min 802 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 485 min 232 nəfər müalicə olunaraq sağalıb, 6 min 915 pasiyent ölüb. Aktiv xəstə sayı 25 min 655 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 183, bu günə qədər isə ümumilikdə 5 milyon 117 min 481 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda 21 nəfər koronavirusdan ölüb