Azərbaycanda 2042 nəfər koronavirusa yoluxub

“Aktiv xəstə sayı 33 988 nəfərdir”.

Source: Meydan TV


"Son sutkada 29 xəstə vəfat edib"

Sentyabrın 18-də Azərbaycanda 2 042 adam COVID-19 infeksiyasına yoluxub, 3 224 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 29 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 470 985 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 430 717 nəfər müalicə olunaraq sağalıb, 6 280 xəstə ölüb. Aktiv xəstə sayı 33 988 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 666, bu günə qədər isə 4 731 381 test icra olunduğunu göstərib.

Ana səhifəSağlıqAzərbaycanda 2042 nəfər koronavirusa yoluxub