Azərbaycanda 108 adam virusa yoluxub, 2 nəfər ölüb

Eyni zamanda, ötən müddətdə 1 milyon 95 min 543 testin aparıldığı bildirilib

Source: Meydan TV


131 şəxsin sağalaraq evə buraxıldığı deyilir

Sentyabrın 26-da Azərbaycanda 108 adam COVİD-19 infeksiyasına yoluxub, 131 nəfər sağalıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 39 min 895 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 37 min 523 nəfər müalicə olunaraq sağalıb, 585 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1787 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 1 milyon 95 min 543 testin aparıldığı bildirilib: "Bugünkü test sayı isə 7965-dir".

Ana səhifəSosialAzərbaycanda 108 adam virusa yoluxub, 2 nəfər ölüb