Azərbaycan və Ermənistan arasında yenidən humanitar atəşkəs elan edildi (Yenilənib)

Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.

Source:

“Humanitar atəşkəs, sadəcə, ölənlər və əsirlər üçün nəzərdə tutulmuş müvəqqəti bir prosesdir. Bu atəşkəs döyüşlərin bitdiyi anlamına gəlmir”.

Bunu "CNN Türk" kanalına Xarici İşlər Nazirliyi rəsmisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, atəşkəs, sadəcə, humanitar məqsədlərlə qəbul edilib.

"Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə davam edəcək. Humanitar atəşkəs, sadəcə, ölənlər və əsirlər üçün nəzərdə tutulmuş müvəqqəti prosesdir”, – Leyla Abdullayeva belə deyib.

+++


Atəşkəsin Minsk Qrupunun bəyanatına uyğun qəbul edildiyi bildirilir

Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.

Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti

yayıb

.

“Bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən ABŞ, Fransa və Rusiya Prezidentlərinin 1 oktyabr tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 10 oktyabr Moskva bəyanatına uyğun olaraq qəbul edilib”, – bəyanatda deyilir.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da

Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb. Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik “Skad” (Scud) raketi ilə

endirilib

. Nəticədə 10 nəfər, o cümlədən dörd qadın həlak olub. 34 nəfər yaralanıb.

Ana səhifəSiyasətAzərbaycan və Ermənistan arasında yenidən humanitar atəşkəs elan edildi (Yenilənib)