Azərbaycan Rusiya ilə intensiv danışıqlar aparır

İqor Popovla danışıqlar zamanı Elmar Məmmədyarov Ermənistanın təxribatının münaqişəyə üçüncü ölkələrin cəlb edilməsi cəhdi olduğunu deyib.

Source:


Elmar Məmmədyarovun Sergey Lavrovla telefon danışığı olub

Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 13-də yaydığı məlumatlar göstərir ki, rəsmi Bakı Rusiya ilə intensiv danışıqlar aparır.

Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də başlayan və 13-də davam edən döyüşlər nəticəsində Azərbaycan hərbçilərindən dörd nəfər həlak olub, bir neçəsi yaralanıb. Azərbaycan

Müdafiə Nazirliyi

bildirib ki, Ermənistana adekvat hərbi cavab verilib, lakin qarşı tərəf itikilərini gizlədir.

Vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq xarici işlər naziri Elmar Məmmədyarov iyulun 13-də bir neçə telefon danışığı aparıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə danışıqlardan sonra, Elmar Məmmədyarov Minsq Qrupunun yalnız Rusiyadan olan həmsədri ilə danışıb. Minsk Qrupunun digər həmsədrləri ABŞ və Fransadır.

İqor Popovla danışıqlar zamanı Elmar Məmmədyarov Ermənistanın təxribatının münaqişəyə üçüncü ölkələrin cəlb edilməsi cəhdi olduğunu deyib.

Eyni sözləri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla da telefon danışığında deyib. O, həmçinin həmkarını sərhəddə hazırki vəziyyətlə bağlı məlumatlandırıb.

Sergey Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.

Ana səhifəSiyasətAzərbaycan Rusiya ilə intensiv danışıqlar aparır