Azərbaycan Natiq Cəfərliyə görə cərimələndi

Şikayət hökumətlə 2018-ci ilin martında kommunikasiya edilmişdi.


Hökumət iqtisadçıya 17 min avro ödəyəcək

Noyabrın 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə qərarını elan edib. Qərar Respublikaçı Alternativ Partiyasının (ReAL) İdarə Heyətinin üzvlərindən olan Natiq Cəfərlinin şikayəti ilə bağlıdır.

Məlumatı

məhkəmənin saytı

yayıb.

Qərarda AİHM hesab edib ki, hökumət Natiq Cəfərliyə münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusuna yol verib. Hökumət siyasətçiyə bu pozuntulara görə, 17 min avro təzminat ödəməli olacaq.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, məhkəmənin qərarı əlamətdardır. Bu, məhkəmənin Azərbaycanla bağlı 18-ci maddənin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusunu tanıdığı növbəti qərarıdır.

Şikayət 2014-cü ilin aprelində Natiq Cəfərliyə cinayət işi açılması, hüquq-mühafizə qurumlarında dəfələrlə sorğu-sual edilməsi, 2016-cı ilin avqustunda həbs olunması ilə bağlı idi. Həmin vaxt Natiq Cəfərliyə qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri üzrə ittiham irəli sürülmüş, məhkəməyə qədər 4 aylıq həbs edilmişdi. Rəsmi ittihamda iddia edilirdi ki, o, aldığı fərdi qrantın qanuni qeydiyyat prosedurlarını pozub, Ədliyyə Nazirliyinə bəyan etməyib.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli həmin il sentyabrın 9-a kimi həbsdə tutulmuşdu. Sonra prokurorun müraciəti əsasında azadlığa buraxılmışdı. AİHM-ə şikayətdə iddia edilirdi ki, ona cinayət işi açılması kontekstində baş verən proseslərdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq), 11-ci (birləşmək), və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə təminat altına alınan hüquqlarına müdaxilə olunub.

Şikayət hökumətlə 2018-ci ilin martında kommunikasiya edilmişdi.

Ana səhifəSiyasətAzərbaycan Natiq Cəfərliyə görə cərimələndi